Bank Of Baku

Brüsseldə Avropada Təhsil Alan Azərbaycanlı Tələbələrin IV Forumu keçirilir

Brüsseldə Avropada Təhsil Alan Azərbaycanlı Tələbələrin IV Forumu keçirilir
# 24 mart 2010 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Belçikanın paytaxtı Brüssel şəhərində Avropada Təhsil Alan Azərbaycanlı Tələbələrin (FASE) IV Forumu başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 23-də başlayan forum martın 25-dək davam edəcək. “Birgə işləmək uğurdur” devizi ilə keçirilən foruma Azərbaycanın Brüsseldəki səfiri Emin Eyyubov, Avropa Parlamentinin çexiyalı üzvü Kabrnoç Milan, macarıstanlı üzvü Georgi Skhopflin, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı və Avrasiya məsələləri üzrə siyasi analitiki Amanda Paul və digər nümayəndələr qatılıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da forumda iştirak etmək üçün Brüsselə gedib. Nazir çıxışında Avropaya inteqrasiya, Azərbaycanın Avropa Birliyinin Yeni Qonşuluq Siyasətinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünün iştirakçısı olması barədə məlumatlar verib, Azərbaycan gənclərinin Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” (“Youth in Action”) proqramı çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb.

Avropa Parlamentinin binasında keçirilən forumda Avropada təhsil alan 80-ə yaxın azərbaycanlı tələbə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR