Bank Of Baku

Vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatların elektron formata köçürülməsi üzrə tender elan edilib

Vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatların elektron formata köçürülməsi üzrə tender elan edilib
# 25 mart 2010 10:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. BMT İnkişaf Proqramının “Azərbaycan əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı layihəsi”nin 3-cü mərhələsi çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatların elektron formata köçürülməsi üzrə tender elan edilib. Tender komissiyasından «APA-Economics»ə bildiriblər ki, tender çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının skanerləşdirilmiş formalarından istifadə edərək məlumatların elektron formata köçürülməsi üzrə işlər həyata keçirilməsi nəzərdə tutulur.
Tender təklifi aprelin 19-dan gec olmayaraq təqdim olunmalıdır. Tender təklifləri aprelin 20-də saat 10.00-da tender iştirakçısını təmsil etmək üçün təyin olunmuş tender iştirakçısının nümayəndəsinin yanında açılır.
Maraqlı olan iddiaçılar aprelin 1-də saat 16.00-dan layihənin inzibati işlər üzrə Köməkçisindən (99 412) 404 42 47 telefon, (99 412) 404 42 47 faks nömrəsindən və ya [email protected] elektron poçt ünvanına müraciət edərək əlavə məlumat ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR