Bank Of Baku

Quba rayonunda meyvə bağlarına gəmiricilər daraşıb

Quba rayonunda meyvə bağlarına gəmiricilər daraşıb
# 25 mart 2010 15:30 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Quba rayonunda meyvə bağlarında kütləvi şəkildə gəmiricilər aşkarlanıb. APA-nın şimal bürosunun məlumatına görə, siçanların bağlara hücum çəkməsi nəticəsində ağaclara ciddi ziyan dəyib. Bağlarda yuva qurmuş gəmiricilər ağacların kökünü və gövdəsini qopararaq onu məhv edir.

Son bir neçə gün ərzində rayonun Zərdabi, Bağbanlı, Barlı kəndlərində yüzlərlə hektar ərazidə gəmiricilər kütləvi şəkildə artıb.

Bağbanlar temperatur yüksəldikcə bağlarda gəmiricilərin sayının artacağı təhlükəsi ilə üzləşəcəklərini deyiblər.

Quba Elmi-Tədqiqat Bağçılıq İnstitutunun direktor müavini Mədət Qurbanov APA-ya bildirib ki, gəmiriciləri məhv etmək üçün aldadıcı yemdən, eləcə də qış və yaz suvarma metodlarından istifadə edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR