Bank Of Baku

Bu gecə saat 04.00-da Azərbaycan yay vaxtına keçəcək

Bu gecə saat 04.00-da Azərbaycan yay vaxtına keçəcək
# 27 mart 2010 07:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gecə saat 04.00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkiləcək. APA-nın məlumatına görə, bununla da Azərbaycan yay vaxtına keçəcək.

Azərbaycan Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR