Bank Of Baku

Azərbaycan yay vaxtına keçdi

Azərbaycan yay vaxtına keçdi
# 28 mart 2010 01:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda yay vaxtına keçildi. Bir neçə dəqiqə əvvəl saatların əqrəbi bir saat irəli çəkildi. Bununla da Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılır.

Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, hər il martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçid olur və saatlar bir saat geri çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR