Bank Of Baku

Ağdamda məcburi köçkünlər sayğaclaşmaya etiraz edirlər

Ağdamda məcburi köçkünlər sayğaclaşmaya etiraz edirlər
# 28 mart 2010 14:05 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam ərazisində məcburi köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində məskunlaşmış sakinlər etiraz aksiyası keçiriblər. APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, məcburi köçkünlər sözügedən qəsəbədə sayğaclaşdırma prosesinə etiraz olaraq bu addımı atıblar.

Aksiya iştirakçıları APA-nın Qarabağ bürosuna bildiriblər ki, etiraz etməkdə əsas məqsədləri evlərə elektrik sayğaclarının quraşdırılmasına mane olmaq deyil. Onlar qəsəbənin qazlaşdırılmasını, elektrik və qaz sayğaclarının birgə qurulmasını istəyirlər. Məcburi köçkünlər bildiriblər ki, onsuz da onların işlətdiyi elektrik enerjisinin haqqını Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azenerji”yə ödəyir.

Aksiya iştirakçılar qəsəbədəki evlərə sayğac quraşdıran mütəxəssisləri ərazidən çıxarıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR