Bank Of Baku

Ağstafada avtomobillərdə texniki nasazlığı yoxlamaq üçün reyd keçirilib

Ağstafada avtomobillərdə texniki nasazlığı yoxlamaq üçün reyd keçirilib
# 29 mart 2010 07:34 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. Ağstafa rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobillərdə texniki nasazlığın olub-olmamasını yoxlamaq məqsədi ilə reyd keçirib. Ağstafa rayon Dövlət Yol Polisi Bölməsindən APA-nın qərb bürosuna verilən məlumata görə, reyd zamanı texniki nazasazlığı olan bir neçə avtomobil aşkarlanıb və onlar barəsində müvafiq inzibai protokollar tərtib edilib. Ümumilikdə isə bu ilin 3 ayı ərzində keçirilən reydlər zamanı texniki nasazlığı olan 52 avtomobil aşkar edilib, həmin avtomobil sürücülərinə inzibati protokollar tərtib edilib, avtomobillərin texniki baxışdan keçirmələri barədə göstərişlər verilib.
Qeyd edək ki, bu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Ağstafa rayonunda bu cür reydlər hər ay davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR