Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 29 mart 2010 08:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 13-16 dərəcə, axşam 7-9 dərəcə isti gözlənilir.

Martın 30-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Martın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 4-7, gündüz 10-12 dərəcə isti olacaq.

Aprelin 1-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 30-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, az yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Martın 31-i, aprelin 1-də hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam saatlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək, aprelin 1-də gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR