Bank Of Baku

Azərbaycanda yaşayan dağ yəhudiləri Peysax bayramını qeyd edirlər

Azərbaycanda yaşayan dağ yəhudiləri Peysax bayramını qeyd edirlər
# 29 mart 2010 11:34 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Azərbaycanın Quba rayonunda yaşayan dağ yəhudiləri baharın gəlişi ilə əlaqədar Peysax bayramını qeyd etməyə başlayıblar. APA-nın şimal bürosunun xəbərinə görə, bayram ənənəyə uyğun şəkildə qarşılanır. Azadlıq və bahar anlamını verən Peysax bayramı dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı Qəsəbəsində təntənə ilə qarşılanır. Peysax bayramı bu gündən başlayaraq 8 gün ərzində müxtəlif dini ayinlərlə müşayiət olunacaq. Səhər və axşam saatlarında hamı Sinaqoqa gedib ibadət edəcək.

Qeyd edək ki, tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Baharın gəlişi ilə eyni zamanda azadlığın əldə edilməsini yəhudilər milli bayram kimi qeyd etməyə başlayıblar. Peysax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz, quru çörək – “Matsa”dan istifadə etməlidir. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür. Bayram günlərində isə hamı ibadət edir, bir-birini qonaq çağırır. Qırmızı qəsəbədə doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudiləri müqəddəs Peysax bayramını Vətəndə qeyd etməyi ənənəyə çeviriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR