Bank Of Baku

TQDK bölgələrdə keçiriləcək qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək

TQDK bölgələrdə keçiriləcək qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək
# 29 mart 2010 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə bölgələrdə keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələləri davam etdirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 6-dan etibarən respublikanın 15 şəhər və rayonunda seminarlar təşkil olunacaq. Seminarların məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Qeyd edək ki, TQDK-nın bölgələr üzrə olan nəzarətçi müəllimlər bazasında 3100-ə yaxın müəllimin adı var. Onların nə qədərinin bu ilki qəbul imtahanlarında iştirak edəcəyi bölgələrdə imtahan verən abituriyentlərin sayından asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR