Bank Of Baku

Səudiyyə Ərəbistanında Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimatı keçirilib

Səudiyyə Ərəbistanında Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimatı keçirilib
# 29 mart 2010 15:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə institutun baş müdiri səfir-doktor Məhəmməd Uverdi “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində nəşrini və məhz rəhbərlik etdiyi elm - təhsil ocağında geniş oxucu auditoriyasına çatdırılmasını əlamətdar hadisə kimi qiymətləndirib.

Kitab haqqında mülahizələrini bildirən institutun Asiya Araşdırmalar Mərkəzinin müdiri doktor Raca əl Məzruqi əl Bəqami isə əsərin ərəb dilində nəşrini ərəb oxucusunun qardaş Azərbaycana və Heydər Əliyev şəxsiyyətinə xüsusi diqqəti kimi dəyərləndirib.

Tədbirdə çıxış edən İslam işləri və Vəqflər Nazirləri Konfransının Baş katibi doktor Məcid ət-Türki deyib ki, həvəslə tərcümə etdiyi bu kitab Azərbaycan və Heydər Əliyev haqqında son zamanlar yazılmış ən sanballı əsərlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR