Bank Of Baku

Azərbaycan hökumətinin İKT-nin tətbiqi üçün dövlət hazırlığı yüksək qiymətləndirilib

Azərbaycan hökumətinin İKT-nin tətbiqi üçün dövlət hazırlığı yüksək qiymətləndirilib
# 29 mart 2010 16:29 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “APA-Economics»ə verdiyi məlumata görə, WEF-in budəfəki hesabatında ayrıca olaraq əhalinin gəlir səviyyələrinə əsasən ölkələrin “şəbəkə hazırlığı” siyahısı da tərtib olunub. Eyni gəlir səviyyəli ölkələr arasında Azərbaycan 6-cı pillədə yer alıb.
Qeyd etmək lazımdır ki, WEF Azərbaycan hökumətinin İKT-nin tətbiqi üçün dövlət hazırlığı reytinqini də yüksək qiymətləndirib. Belə ki, bu parametr üzrə Azərbaycan dünyanın ilk 30 ölkəsi siyahısında yer ala bilib. İKT sahəsi üzrə hökumət prioriteti – 38-ci, qabaqcıl texnologiyaların dövlət səviyyəsində satın alınması üzrə – 16-cı, gələcək inkişaf baxımından İKT sektorunun əhəmiyyətinə dövlət diqqəti üzrə – 40-cı yerdə göstərilib.

WEF ekspertləri, həmçinin dövlətin informasiya-kommunikasiya texnologiyalarının istifadə olunmasına dair hazırlıq səviyyəsini də qiymətləndirib. Belə ki, Azərbaycan İKT-nin dövlət səviyyəsində istifadəsinə görə dünya ölkələri arasında 49-cu, dövlət hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə isə 31-ci pillədə yer alıb.
Həmçinin hesabatda informasiya-kommunikasiya sahəsinə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilib. Məktəblərdə internetə çıxış səviyyəsinə görə Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR