Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb
# 30 mart 2010 08:02 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, bu gün saat 9.00 radələrindən etibarən əhaliyə xəbərdarlıq edilmədən Şəki, Balakən, Zaqatala, Qax rayonlarında təbii qazın verilməsində fasilə yaranıb. Zaqatala Qaz İstismar İdarəsindən bildirilib ki, buna Xaldan-Balakən magistral qaz kəmərində baş verən sızma səbəb olub. Hazırda baş verən nasazlığı aradan qaldırmaq üçün təmir işləri aparılır.

Zaqatala, Balakən, Qax rayonlarının bütün kəndlərinə, rayon mərkəzlərinin isə bir hissəsinə bu gün saat 9.00-dan elektrik enerjisi verilişi dayanıb. Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, bu gün saat 14.00-dan etibarən rayon mərkəzilərinə də elektrik enerjisinin verilişi tam şəkildə, müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb kimi Şəki və Balakən rayonlarının ərazisindən keçən yüksək gərginlikli xətlərdə təmir aparılması göstərilib. Təmirin günün sonuna kimi yekunlaşacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR