Bank Of Baku

Elmin İnkişafı Fondu qrantlar və layihələr üzrə müsabiqə elan edəcək

Elmin İnkişafı Fondu qrantlar və layihələr üzrə müsabiqə elan edəcək
# 30 mart 2010 09:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu mayın ortalarında qrantlar və layihələr üzrə müsabiqə elan edəcək. APA-nın məlumatına görə, bu barədə fondun icraçı direktoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, artıq fondun formalaşması prosesi başa çatıb: “May ayında biz artıq qrantlar və layihələr üzrə ilk müsabiqəmizi elan edə biləcəyik. Çox istərdik ki, bu tarix mayın 10-na təsadüf etsin. Elm adamlarından dövlətimizin, elmimizin inkişafına kömək edəcək layihələr gözləyəcəyik”.

E. Babayev bildirib ki, son zamanlar humanitar və ictimai elmlər sahəsində yeniləşmə aparmağa meyl artıb: “Fond yalnız fundamental elmi tədqiqat işlərini deyil, həm də tətbiqi, innovasiya xarakterli elmi işləri maliyyələşdirəcək. Bu maliyyələşmə həm müxtəlif həcmli qrantlar, həm də proqramlar şəklində olacaq. Fond müxtəlif elmi seminar və konfransların təşkilini, beynəlxalq və regional elmi tədbirlərin keçirilməsini, gənclərə dəstək göstərilməsini, ölkə üçün əhəmiyyət kəsb edəcək müəyyən nəşrlərə kömək göstərilməsini nəzərdə tutur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR