Bank Of Baku

Azərbaycanın səhiyyə naziri: “Fəlakət bölgəsində əhali arasında hələlik yoluxucu xəstəliklər qeydə alınmayıb”

Azərbaycanın səhiyyə naziri: “Fəlakət bölgəsində əhali arasında hələlik yoluxucu xəstəliklər qeydə alınmayıb”
# 14 may 2010 09:00 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə fəlakət bölgəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, ərazidə dezinfeksiya tədbirləri aparılır: “Su basmış kəndlərin əhalisi geri qayıtmazdan öncə su basan həyətlər, evlərdə dezinfeksiya tədbirləri görüləcək. Bütün kəndlərdə tibb məntəqələri yaradılacaq”.

O. Şirəliyev fəlakət bölgəsində olan baş nazirin müavini Abid Şərifovun da bununla bağlı göstərişlər verdiyini deyib.

Nazir onu da deyib ki, su basmış kəndlərin əhalisi malyariya və digər yoluxucu xəstəliklərə qarşı peyvənd ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR