Bank Of Baku

Bu il Azərbaycanın ali məktəblərinə 30810 ümumi plan yeri ayırlıb

Bu il Azərbaycanın ali məktəblərinə 30810 ümumi plan yeri ayırlıb
# 14 may 2010 09:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il bakalavriatura pilləsi üzrə ali məktəblərə 30 min 810 ümumi plan yeri ayrılıb. Onların 10 min 529-nu (34 faiz) dövlət sifarişli yerlər təşkil edir. Ən çox dövlət sifarişli yerlər I ixtisas qrupunun plan yerlərindədir. Bu il I ixtisas qrupuna 9639 ümumi plan yeri ayrılıb. Onlardan 4196-sı (43 faiz) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 ümumi plan yerinin 2050-ni (27,5 faiz) dövlət sifarişli yerlər təşkil edir. III ixtisas qrupu üzrə 9880 ümumi plan yeri ayrılıb. Onlardan 2804-nü (28 faiz) dövlət sifarişli yerlər təşkil edir. IV ixtisas qrupu üzrə ayrılmış 3843 ümumi plan yerindən 1479-u (38 faiz) dövlət sifarişli yerlərin payına düşür.

M. Abbaszadə deyib ki, bu il dövlət sifarişli yerləri qazanmaq üçün müsabiqə vəziyyəti həm II, həm də III ixtisas qruplarında yüksək olacaq. I ixtisas qrupunda isə kifayət qədər dövlət sifarişli yerlər var. Bu qrupda müsabiqə vəziyyəti qismən aşağı olacaq.

TQDK sədrinin sözlərinə görə, bu il magistratura pilləsi üzrə ali məktəblərə 5207 ümumi plan yeri ayrılıb. Onların 2071-ni (40 faiz) dövlət sifarişli yerlər təşkil edir. Magistraturada dövlət sifarişli yerlərin çoxu texniki və texnoloji ixtisaslar üzrədir. Bu ixtisasları seçən bakalavrların şansları daha yüksəkdir.

M. Abbaszadə onu da deyib ki, ötən illə müqayisədə bu il I ixtisas qrupunda ödənişsiz təhsil almaq imkanı 8 faiz, IV ixtisas qrupunda isə 9-10 faiz artıb. II ixtisas qrupunda ödənişli təhsil almaq imkanı 10 faiz, III ixtisas qrupunda isə 13 faiz azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR