Bank Of Baku

Abid Şərifov: “Fəlakət zonasında aparılan işləri görməmək üçün gərək nadan olasan”

Abid Şərifov: “Fəlakət zonasında aparılan işləri görməmək üçün gərək nadan olasan”
# 14 may 2010 09:51 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. “Fəlakət bölgəsində aparılan işləri görməmək, başa düşməmək üçün gərək nadan olasan”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Sabirabad rayonunda olan A. Şərifov fəlakət bölgəsində baş verənlərlə bağlı bəzi mətbuat orqanlarında dərc olunan yazılara da münasibət bildirib: “Azərbaycanda baş verənləri başqa ölkələrdə olanlarla müqayisə etmək istəmirəm. Fəlakətin miqyası böyükdür. Bu boyda iş görülür. İmansız, dinsiz adamlar isə bunu görmək istəmirlər. Fəlakət bölgəsində gündə 30 milyon kubmetr su axırdı. FHN-in, DİN-in, başqa qurumların birgə əməyi nəticəsində insanlar xilas ediliblər. Bu iş deyil? Beş gün ərzində həmin bəndə 15 min kubmetr - 4-5 min maşın beton, dəmir-beton və iri daşlar gətirilib.
Nə qədər kor olmaq lazımdır ki, bunları görməyəsən. Hər şeyi olduğu kimi yazmaq lazımdır. Camaat 24 saat ərzində çalışır”.

Baş nazirin müavini fəlakət bölgəsində 1500 DiN, 2000-ə yaxın FHN əməkdaşının çalışdığı deyib: “Hərbçilər də prosesə qoşulublar. Burda istirahət yoxdur. Belə ağıllıdırlarsa, gəlib burda bir iş görsünlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR