Bank Of Baku

Azərbaycan ərazisində leysan gözlənilir

Azərbaycan ərazisində leysan gözlənilir
# 14 may 2010 10:43 (UTC +04:00)
Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gündüz 22-25, axşam 17-19 dərəcə isti olacaq.

Mayın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 14-17, gündüz 22-24 dərəcə isti olacaq.

Mayın 16-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 15-dən 16-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Gecə 14-17, gündüz 23-26 dərəcə isti olacaq.

Mayın 17-də dəyişkən buludlu, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 15-də gündüz hava, əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 24-27 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

Mayın 16-da və 17-də hava əsasən yağmursuz keçəcək. Lakin mayın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu mayın 16-da gecə 14-17 dərəcə, gündüz 24-27 dərəcə, mayın 17-də 29 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR