Bank Of Baku

TQDK sədri: “Fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində problem yaransa, səyyar Sənəd Qəbulu Komissiyası yaradılacaq”

TQDK sədri: “Fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində problem yaransa, səyyar Sənəd Qəbulu Komissiyası yaradılacaq”
# 14 may 2010 10:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində problem yaransa, səyyar Sənəd Qəbulu Komissiyası yaradılacaq”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hələlik təbii fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində hər hansı çətinliyin yaranması ilə bağlı komissiyaya müraciət daxil olmayıb: “Bu günə olan məlumata görə, Sabirabadda 236 nəfər, Şirvanda 343 nəfər, Zərdabda 103 nəfər, Neftçalada 342 nəfər, Saatlıda 122 nəfər, Salyanda 289 nəfər, Kürdəmirdə 249 nəfər, İmişlidə 327 nəfər abituriyent öz elektron ərizəsini təsdiqləyib. Hələ ki bu rəqəmlər problemin olmadığını göstərir. Mayın 20-dən sonra vəziyyətin necə olduğuna baxacağıq. Mayın 20-dən sonra həmin ərazilərdəki abituriyentlərin sənəd verməsi ilə bağlı hər hansı problem yaransa, səyyar sənəd qəbulu komissiyası yaradıb, çadır şəhərciklərinə gedəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR