Bank Of Baku

Azərbaycanda Rusiya ali məktəblərində təhsil almaq istəyənlərin sayının azalmasının səbəbləri məlum olub

Azərbaycanda Rusiya ali məktəblərində təhsil almaq istəyənlərin sayının azalmasının səbəbləri məlum olub
# 14 may 2010 11:22 (UTC +04:00)
İndiki şəraiti nəzərə alan valideynlər uşaqlarını həmin əyalətlərə göndərməyə bir az ehtiyat edirlər”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əvvəllər abituriyentlər Rusiyanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edib uğur qazansalar da, Azərbaycandakı qəbul imtahanlarında da iştirak edirdilər və nəticədə iki yerdən birini seçirdilər: “Çox zaman isə Rusiya ali məktəblərində qazanılmış yerlər itirilirdi. Halbuki Rusiya tərəfi bu yerləri Azərbaycana təmənnasız verir. Bu il isə Rusiya ali məktəblərinə qəbul imtahanlarında iştirak edən abituriyentlər Azərbaycandakı qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Azərbaycanın Rusiyadakı diasporu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təklifinə əsasən, artıq 4-5 ildir ki, TQDK Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün də imtahan keçirir. Əgər bu il Rusiya ali məktəblərinə Azərbaycan üçün ayrılan yerlərdən boş qalanı olsa, həmin yerlər diaspora veriləcək”.

Qeyd edək ki, Rusiya ali məktəblərinə qəbul imtahanı sabah keçiriləcək. İmtahanda iştirak etmək üçün 110 abituriyent qeydiyyatdan keçib. Onlardan 13 nəfəri Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ), 97 nəfər isə Rusiyanın digər ali məktəblərinə sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR