Bank Of Baku

Gürcüstanda ümumtəhsil məktəblərində son zəng keçirilib - FOTO

Gürcüstanda ümumtəhsil məktəblərində son zəng keçirilib - <font color=red>FOTO</font>
# 14 may 2010 13:06 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda orta məktəblərdə son zəng keçirilib. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayon Təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov bildirib. Onun sözlərinə görə, bu gün Marneuli rayonunda da son zəng qeyd olunur: “Bu gün rayonun 58 məktəbində son zəng keçirilir. 12-ci sinif şagirdləri orta təhsillərini başa vurub, müstəqil həyata qədəm qoyurlar. Rayon üzrə 1294 nəfər bu gün orta məktəbi bitirir. Bunlardan 287 nəfər gürcü ali məktəblərinə qəbul olmaq üçün qeydiyyatdan keçiblər. Buraya azərbaycanlı, gürcü, erməni, rus və digər millətlərin nümayəndələri daxildir”.

K. İsmayılovun sözlərinə görə, iyul ayında ali məktəblərə daxil olmaq üçün imtahan verəcək abituriyentlərin içində 188 nəfər azərbaycanlı var. Gürcüstan prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri güzəştli şərtlərlə öz ana dillərində bir imtahan verəcək, sonra isə onlar bir il müddətində ali məktəblərdə gürcü dili üzrə hazırlıq kursu keçəcəklər. Hansı tələbə 60 bal yığarsa, öz arzusu ilə istədiyi ixtisas üzrə Gürcüstan ali təhsil məktəblərində təhsil ala bilər. Bu, qeyri-gürcü məktəblərini bitirənlər üçün ən böyük imtiyazdır. Düşünürəm ki, yüksək bilik yox, hətta orta səviyyədə biliyi olan tələbə bu sınaq imtahanlarından uğurla çıxa bilər. Bu, Gürcüstan dövləti və təhsil və elm nazirliyi tərəfindən hazırlanmış 2018-ci ilə qədər davam edən böyük bir proqramdır. ”

Marneulidə fəaliyyət göstərən 3 saylı Azərbaycan dilli orta məktəbin direktoru Elyura Əliyeva APA-ya açıqlamasında bildirib ki, indiyə kimi məktəbin 12-ci sinif üzrə şagird buraxılışı olmayıb: “Bu il 32 şagird məktəbimizi bitirir. 6 yüksək qiymətlə oxuyan şagirdimiz Gürcüstan ali məktəblərinə qəbul olmaq üçün qeydiyyatdan keçiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR