İran İslam Respublikasının Əz-Zəhra Dövlət Universitetinin rektoru, xanım Məhbubə Mübaşiri: “Gələcəkdə Azərbaycandan da tələbə qəbul edəcəyik”
- İran və Azərbaycanın yüksək vəzifəli şəxslərinə, eləcə də İranın Azərbaycandakı səfirliyinə bizlərə bu fürsəti yaratdığına görə təşəkkür edirəm. Elə bilirəm ki, bu görüşlər və konfranslar iki ölkə arasında mədəni və elmi əlaqələri daha da inkişaf edəcək. Dünya İslam Universitetlərinin rəhbərlərinin Azərbaycanda keçirilən konfransı islam millətlərinin bir-birilərini daha da yaxından tanımasına xidmət göstərir. İran universitetlərində dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan tələbələr təhsil alır. Azərbaycan ali məktəblərində də iranlı tələbələr təhsil alırlar. Amma Əz-Zəhra Universitetinə xarici ölkələrdən tələbə qəbul edilməsinə baxmayaraq, Azərbaycandan tələbəmiz yoxdur. Ümid edirəm ki, gələcəkdə Azərbaycandan da tələbə qəbul edəcəyik və ali məktəblər səviyyəsində əməkdaşlığımız genişlənəcək. Mən iki ölkə arasında münasibətləri yüksək qiymətləndirirəm. İranlı tələbələrin Azərbaycan ali məktəblərindən aldıqları diplom etibarlıdır. Yalnız İranın Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Tibb Universitetində oxuyan iranlı tələbələrə verilən diplom etibarsız sayılır və bu məsələ də yaxın zamanda öz həllini tapacaq.
- Əz-Zəhra universitetində təkcə qızlar təhsil alır? Tələbələr ali məktəbi bitirdikdən sonra işlə təmin edilirmi?
- İranda müxtəlif ali məktəblərin daxilində qızların ayrıca təhsil alması üçün fakültələr fəaliyyət göstərir. Eləcə də bütün universitetlərdə qız və oğlanlar birgə təhsil alırlar. Əz-Zəhra İranda qızlar üçün olan yeganə dövlət universitetidir. Burada oğlanlar təhsil almır, amma kişi müəllimlərimiz var. Əz-Zəhra universiteti İran İslam İnqilabından sonra yaranan ali məktəb deyil. Universitetimiz 100 ildən artıqdır ki fəaliyyət göstərir və bunu bir İran milyonçusu yalnız qızların təhsil alması üçün vəqf edib. Belə bir universitetin olması zəruridir, bu, cəmiyyətdə xüsusi bir əhəmiyyətə malikdir. Dünyaya insanı, insaniyyəti bəxş edən anadır. Peyğəmbərin də peyğəmbər olmasında ananın rolu vardır. Qızlar ali məktəbinin onlar üçün yaratdığı tam təhlükəsiz, aram, sakit bir mühit ailələr tərəfindən də yaxşı qəbul olunur. Bilirsiniz ki bir çox valideynlər övladlarının, xüsusən də qızların oxuması ilə razılaşmırlar, bu da valideynin məktəbə olan etibarının olmamasından irəli gəlir. Amma valideynlər qızların tam təhlükəsiz bir mühitdə oxumaları üçün bizim universitetə üstünlük verirlər və bu baxımdan belə bir ali məktəbin olması zəruridir. Bu kimi universitetlər Amerika Birləşmiş Ştatlarında, Cənubi Koreyada, Bəhreyndə və bir çox ölkələrdə İrandan da əvvəl olub, indi də var. İranda islam inqilabından sonra qadınların təhsil səviyyəsi çox yuxarı qalxıb. Hazırda İranda il ərzində ali məktəblərə qəbul olunanların 70 faizini qızlar təşkil edir. Qızlar hər hansı bir peşəni seçmələrində azaddır. Dünyanın digər ölkələrində olduğu kimi İranda da qadınlar müxtəlif sahələrdə işləyirlər. Bildiyiniz kimi, İran prezidentinin müşavirlərindən biri qadındır, səhiyyə naziri qadındır və qadın millət vəkillərimiz də var. Prezidentin elm və texnologiya üzrə müavini qadındır. İranda qadınlar bütün sahələrdə aktiv və azaddırlar. Əlbəttə bu, bizim istədiyimiz qədər deyil, amma bəzi tarixi və ictimai məsələləri nəzərə alsaq deyə bilərik ki, qadınların işlə təmin olunması yavaş-yavaş tələb olunan həddə gəlib çatacaq. Dünyada bütün qadınlar mənim üçün eynidir. Yalnız bilik səviyyələrində fərq ola bilər. Mən dünyanın bir çox ölkələrində rəsmi səfərlərdə olmuşam. Eləcə də uzun müddət Avropada yaşamışam. İran və digər ölkələrin qadınları arasında fərq qoya bilmərəm, bu, ədalətsizlik olar. Qızların ali məktəb səviyyəsində təhsil almaları üçün İranda təhlükəsiz və tam əxlaqi vəziyyət hakimdir. Digər ölkələrdə olduğu kimi İranda da qadınlar elmi sahədə ixtiralar ediblər, birinci yerə layiq görülərək medal alırlar. Hazırda bizdə qadın alimlərinin sayı çoxdur. Elə qadınlar var ki, bütün ailəsini öz elmi araşdırmalarına qurban verib. Bunun üçün də mən dünya qadınları arasında fərd görmürəm.
- Əz-Zəhra Universitetində hazırda hansı dillərində tədris aparılır və neçə fakültə var?
- Əz-Zəhra Universitetində 120 adda fakültə fəaliyyət göstərir, bundan əlavə, mədəniyyət, ilahiyyat, bədən tərbiyəsi, psixologiya, mühəndislik, iqtisadiyyat və xarici dil fakültələrimiz də var. Biz bu universitetdə iranlı tələbələrə rus, ingilis, fransız və ərəb dillərini də öyrədirik. Universitetimizdə demək olar ki, tibb fakültəsindən başqa, bütün fakültələr fəaliyyət göstərir.
- Çadra və hicab qadınlara təhsil almaq və ya işləmək üçün mane olurmu?
- Xeyr, hər şeydən əvvəl çarşab və baş örtüyü bizim İslamdan da qabaq olan milli geyim növümüz olub. “Şahnaməni” oxusanız, görərsiniz ki, İranda müxtəlif geyim növləri vardı. Hicab da qadınların xüsusi geyimi olub. Ümumiyyətlə, Şərq ölkələrində qadınlar həmişə örtükdə olublar. İslam dini qadınla kişiyə elm almağı vacib bilib və bunların adını yanaşı çəkib, bir-birindən ayırmayıb. Mən Azərbaycanda elmə mədəniyyətə böyük həvəs görürəm. Bunu Azərbaycanın keçmişinə də nəzər saldıqda görmək olur. İki ölkənin rəhbərlərinin səyi nəticəsində cüzi mövcud problemlər öz həllini tapacaq və ölkələrimizin inkişafını hər bir sahədə, xüsusilə elm sahəsində görüb fərəhlənəcəyik.
Sosial
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Xəbər Lenti
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib
ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakıda Belarusun Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO
Rusiya ordusu Zaporojyedə enerji obyektlərinə zərbələr endirib
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Pakistanda təhsil mərkəzinin damı uçub, 14 uşaq ölüb
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Litvanın yeni Baş naziri seçilib
Ceyhun Bayramov ICMP-in baş direktoru Katrin Bomberger ilə görüşüb
Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik, 175 280 söz üzərində iş gedir
PAŞA Sığorta su altında qalan avtomobilə 77 156 manat sığorta ödənişi edib
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutulub - VİDEO
Şuşada TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü keçirilib - FOTO - YENİLƏNİB
TDT-yə üzv ölkələrin dini qurum rəhbərləri Şuşa ilə tanış olublar - FOTO
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb
İsrailin qondarma “erməni soyqırımı” qərarı: Türkiyənin yanında ilk dayanan yenə Azərbaycan oldu - TƏHLİL
İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlanıb
Milli Məclisin Dəstək Qrupu Korsika xalqına ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edib
Akademik tanınma şəhadətnaməsi üçün müraciət tarixi uzadılıb
PAŞA Sığorta yol qırağında dayanmış avtomobilə dəyən zərəri ödəyib
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Satınalan təşkilatlarla bağlı avans təminatına dair hüquqi əsas formalaşdırılır
“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik zəfərləri: Uğurlu xarici siyasət kursu - TƏHLİL
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək
İran XİN: Dohada ABŞ-la ayrıca görüş planı yoxdur, müzakirələr memorandumla bağlıdır
TDT üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün yekun kommünikesi imzalanıb - FOTO
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
MegaSec regionda süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli texnologiya ekosistemini gücləndirir - FOTO
Rutte: ABŞ-ın NATO-dan uzaqlaşdığına dair iddialar həqiqəti əks etdirmir
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb