Bank Of Baku

Mayın 15-16-da İçərişəhərdə “Meydan bazarı” təşkil ediləcək

Mayın 15-16-da İçərişəhərdə “Meydan bazarı” təşkil ediləcək
# 14 may 2010 16:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mayın 15-16-da İçərişəhərdə “Meydan Bazarı” təşkil edəcək. İdarədən APA-ya verilən məlumata görə, “Meydan bazarı” ölkə mədəniyyətinin və tarixinin təbliği, milli tətbiqi sənətin dəstəklənməsi və sənətkarlara öz məhsullarının sərgisini keçirməsi, həmçinin İçərişəhər qonaqlarının asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilir. Layihə çərçivəsində əyləncəli tədbirlər, konsert və yarmarka Qoşa Qala Qapıları Meydanında olacaq. Tədbirin tərəfdaşları “Azercell Telecom” MMC və “Lider Media Holding”dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR