Bank Of Baku

Son 23 ildə Azərbaycanda QİÇS-dən ölənlərin sayı açıqlanıb

Son 23 ildə Azərbaycanda QİÇS-dən ölənlərin sayı açıqlanıb
# 15 may 2010 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova qeyd edib ki, hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xətirə günü qeyd olunur: «Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunub və keçirilib. O zaman QİÇS-dən ölənlərin sayı bir neçə min nəfər təşkil edib. Bu il ümumdünya xitirə günü artıq 27-ci dəfədir ki qeyd olunur və QİÇS-dən ölənlərin sayı artıq milyonlarla ölçülür».

H. Qədirova onu da bildirib ki, İİV/QİÇS pandemiya şəklində dünyada yayılmaqda davam edir. Belə ki, 2008-ci ilin sonuna dünyada İİV/QİÇS-lə yaşayanların sayı 33,4 mln. nəfər olub: «Respublika QİÇS-lə Mübarizə Mərkəzidə 1987-2010-cu il dövrü ərzində (mayın 1-nə kimi) 2 427 nəfər İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Onlardan 2 335 nəfəri Azərbaycan vətəndaşı, 92 nəfəri isə əcnəbidir. Həmin dövr ərzində 305 Azərbaycan vətəndaşı – 268 kişi və 37 qadın – QİÇS-dən dünyasını dəyişib».
QİÇS-dən ölənlər Azərbaycanın 45 inzibati vahidinin skinləri olub. Sözügedən xəstəlikdən ən çox ölüm halları Bakı və Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınıb. QİÇS-dən dünyasını dəyişmiş insanların ailələrində 249 uşaq yetim qalıb, onlardan 20-i ata və anasını, 204-ü isə uşaq atasını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR