Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə layihə həyata keçirəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə layihə həyata keçirəcək
# 15 may 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin idarə edilməsi ilə bağlı layihə həyata keçirəcək. APA-nın məlumatına görə, bununla bağlı nazirlikdə mətbuat konfransı keçirilib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbaycanın ərazisinin 12 faizi meşə fondu, 56 faizi dövlət ehtiyat fondudur. Bu torpaqların əsasən icarə ilə fermerlərə verildiyini deyən nazir Azərbaycanda yarımköçəri maldarlığın mövcud olduğunu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığını vurğulayıb: «Azərbaycanda 8 milyon baş qoyun, 3 milyon başa yaxın iribuynuzlu heyvan var. Amma SSRİ dövründə norma vardı ki, bir hektar ərazidə 1-2, dağlarda isə 2-3 qoyun saxlamaq olar. Bu normaya görə, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2.8 milyon baş qoyun saxlamaq olar”.

Qeyd olunub ki, Azərbaycanda 8-9 min canavar, 400 minə qədər isə qoyun iti var.
H. Bağırov bildirib ki, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə təcrübələr mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə ehtiyacı var.

Proqramın eksperti Ceffri Qriffin isə bildirib ki, onlar Azərbaycan tərəfini lazımı avadanlıq, proqramlarla təmin edəcək, müxtəlif ölkələrdə əldə olunmuş qabaqcıl təcrübəni Azərbaycana gətirəcəklər: «Bu təşəbbüslərin işləməsi üçün müsbət nəticələr əldə olunacaq».

BMT-nin təmsilçiləri son illər Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra tədbirlər görüldüyünü və BMT-nin bunu dəstəklədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR