Bank Of Baku

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri: “Kürün deltasının lillənməsi daşqınların yeganə səbəbi deyil”

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri: “Kürün deltasının lillənməsi daşqınların yeganə səbəbi deyil”
# 15 may 2010 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, bu vaxta qədər heç vaxt dağlarda may ayında bu qədər qar olmayıb: “Bu il dağlara həddindən artıq qar yağıb”.

Nazir onu da qeyd edib ki, daşqınla bağlı müəyyən spekulyasiyalar var: «Bu daşqının əsas səbəbi yağış və qardır. Mayın sonuna kimi qar sularının təsiri nəzərə alınır. Kiçik çayların böyük su gətirməsi də səbəblərdən biridir. Təkcə Kürün deltasının lillənməsini səbəb kimi götürmək olmaz. Kürün ağzının açılması müəyyən qədər kömək edə bilər, amma problemi tam həll edə bilməz».

Nazir bildirib ki, Kür tarixdə bir neçə dəfə öz məcrasını dəyişib: «100-150 ildən bir Kürdə belə daşqınlar olub, çay yeni məcralara düşüb. Bunlar nəzərə alınmalıdır. Biz bəlkə də bütün Kür ətrafında bənd tikməklə onu sıxışdırmamalıyıq. Bəlkə də yalnız strateji əhəmiyyətli, insanların sıx yaşadığı ərazilərlə bənd tikilməlidir. Biz bəlkə də imkan verməliyik ki, Kür daşsın. Həmin ərazilərdə evlərin tikilməsinə icazə verilməməlidir ki, prosesi təbii məcrasına qaytara bilərik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR