Bank Of Baku

Oqtay Şirəliyev: “Fəlakət bölgəsində insanlara tibbi yardım göstərmək üçün kifayət qədər imkanlarımız var”

Oqtay Şirəliyev: “Fəlakət bölgəsində insanlara tibbi yardım göstərmək üçün kifayət qədər imkanlarımız var”
# 15 may 2010 11:45 (UTC +04:00)
Nazir bildirib ki, fəlakət bölgəsində su basan ərazilər dezinfeksiya olunur: “Artıq bir sıra insanlar öz evlərinə qayıdır. Əhali arasında əvvəlki təlaş, stress aradan qalxıb. İnsanlar görürlər ki, bu qədər işlər görülür. Bütün bunlar onlara sakitlik gətirir. Cənab prezident çadırda məskunlaşan insanlarla görüşdü, bu da insanların ümidli olmasına təkan verdi”.

Təbii fəlakət baş verən günlərdə Bakıdakı bütün tibb müəssisələrindən həkimlərin, tibb işçilərinin səfərbər olunaraq bölgəyə göndərilməsi barədə düşündüklərini deyən nazir sonradan bu addımı atmadıqlarını deyib: “Cənab prezidentin göstərişi ilə bölgələrdə yaradılan tibbi infrastruktur imkan verdi ki, bu olmasın. Bizim burada tibbi yardım göstərmək üçün kifayət qədər imkanlarımız var”.

O. Şirəliyev deyib ki, fəlakət zonasından evakuasiya olunan 3 hamilə qadın dünyaya uşaqlar gətirib, həmin uşaqlar tam sağlamdırlar: “Digər hamilə qadınlar da xəstəxanalarda yerləşdiriliblər. Onlar da, yeni doğulan uşaqlar da ciddi nəzarət altındadırlar”.

Nazir fəlakət zonasında bu günə kimi hər hansı yoluxucu xəstəliyin qeydə alınmadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR