Bank Of Baku

Xızıda Müalicə və Diaqnostika Mərkəzinin təməlqoyma mərasimi keçirilib

Xızıda Müalicə və Diaqnostika Mərkəzinin təməlqoyma mərasimi keçirilib
# 15 may 2010 12:42 (UTC +04:00)
Xızı. Könül Abdullayeva – APA. Xızıda Müalicə və Diaqnostika Mərkəzinin təməlqoyma mərasimi olub. APA-nın şimal bürosunun xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına inşa olunacaq mərkəz 2 mərtəbədən, xüsusi laboratoriya və müasir tibb avadanlıqları ilə təchiz olunmuş müalicə otaqlarından ibarət olacaq. Təməlqoyma mərasimində iştirak edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, artıq Azərbaycanda 11 Müalicə və Diaqnostika Mərkəzi tikilib istifadəyə verilib. Müxtəlif regionlarda fəaliyyət göstərən bu mərkəzlərə Türkiyə, Rusiya, eləcə də digər Avropa ölkələrində çalışan təcrübəli tibb işçiləri, xüsusilə də azərbaycanlı həkimlər cəlb olunur. Artıq bir sıra mürəkkəb cərrahiyyə əməliyyatları xarici ölkələrdə deyil, məhz Azərbaycanın regionlarında fəaliyyət göstərən Müalicə və Diaqnostika Mərkəzlərində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR