Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyinin 1000-ə yaxın əsgər və zabit heyəti fəlakət bölgəsinə səfərbər olunub

Azərbaycan Müdafiə Nazirliyinin 1000-ə yaxın əsgər və zabit heyəti fəlakət bölgəsinə səfərbər olunub
# 15 may 2010 13:03 (UTC +04:00)
Bakı-APA. Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə Müdafiə Nazirliyinin 1000-ə yaxın əsgər və zabit heyəti səfərbər olunub. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayevin açıqlamasında bildirilir. T. Abdullayev bildirib ki, əsgər və zabit heyəti artıq bir neçə gündür ki, Kür kənarında aparılan bənd vurma işlərində, əhalinin kəndlərə qaytarılmasında və başqa tədbirlərdə iştirak edir: “Hazırda Müdafiə Nazirliyinin hərbi qüvvələri Sabirabad rayonu ərazisindəki Sarısı gölü ətrafında problemlərin aradan qaldırılması və bənd vurma işlərində bilavasitə iştirak edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR