Bank Of Baku

Çexiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub

Çexiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub
# 15 may 2010 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda səfərdə olan Çexiya Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Gəzinti zamanı qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə məlumatlandırılıb.
Tanışlıq İçəri Şəhər ərazisindəki “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı” ilə başlanıb.
İçəri Şəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş eksponatların ekspozisiyasının yenidən təşkili işləri ilə tanışlıq zamanı bu işlərin ən müasir beynəlxalq tələblərə uyğun həyata keçirilməsi qeyd olunub.
Çexiyalı qonaqlara Qoşa Qala Qapıları, həmçinin Qoşa Qala Qapıları meydanı və Qala divarlarının tarixi barədə geniş məlumat verilib.
Sonda Yan Kohout İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR