Bank Of Baku

Laçın rayonunun işğalının 18-ci ildönümünə həsr olunan tədbir keçirilib

Laçın rayonunun işğalının 18-ci ildönümünə həsr olunan tədbir keçirilib
# 15 may 2010 13:38 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Ağcabədi rayonunun «Taxta Körpü» adlanan ərazisində Laçın rayonunun işğalının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə əslən laçından olan tanınmış ziyalılar və Şuşa, Xocavənd rayonlarının icra hakimiyyətinin başçıları, Azərbaycan Milli Məclisinin üzvləri Aqil Abbas, Sevindik Hətəmov və Tahir Rzayev də iştirak ediblər. Qonaqlar və Laçın rayon ictimaiyyəti “Taxta Körpü” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında da iştirak ediblər.

Xatırladaq ki, Laçın rayonu ermənilər tərəfindən 1992-ci il mayın 18-də işğal olunub. Laçın uğrunda döyüşlərdə 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Bütün yeraltı və yerüstü sərvətləri talan, qarət olunmuş Laçının 65507 nəfər sakini respublikanın 59 şəhər və rayonuna, həmçinin Ağcabədi ərazisindəki "Taxta-körpü" qışlaqlarında 84 obaya məcburi köçkün düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR