Bank Of Baku

Gəncənin Hacıkənd qəsəbəsində seldən ziyan çəkmiş sakinlərə yardım göndərilib

Gəncənin Hacıkənd qəsəbəsində seldən ziyan çəkmiş sakinlərə yardım göndərilib
# 15 may 2010 14:34 (UTC +04:00)
Hacıkənd. Ayxan Hüseynov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Gəncənin Hacıkənd qəsəbəsində seldən ziyan çəkmiş sakinlərə yardım göndərilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, zərərçəkmiş Hacıkənd sakinlərinə 5 tonadək müxtəlif ərzaq məhsulları və yataq dəstləri paylanacaq. FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Aslanovun bildirdiyinə görə, ilkin olaraq əhaliyə ərzaq yardımlarına başlanılıb: “Ərzaq yardımları zərərçəkmiş Kəlbəcər rayonundan olan məcburi köçkünlər və yerli sakinlər üçün nəzərdə tutulub. Yardımı yerli İcra Hakimiyyəti və Kəlbəcər rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə zərərçəkmişlərə paylanacaq. Bundan sonra digər yardımlar da ediləcək”.

R. Aslanovun sözlərinə görə, mayın 10-da yağan güclü yağışlar ilə əlaqədar Gəncənin Hacıkənd qəsəbəsində baş vermiş sel basma nəticəsində 5 ev tamamilə uçub, 11 mənzilə ciddi, 30-a yaxın evə isə qismən ziyan dəyib. İlkin araşdırmaya görə, Hacıkənd qəsəbəsində sel basma nəticəsində 62 ailə ziyan çəkib: “Sel basma nəticəsində əmələ gələn fəsadları aradan qaldırmaq üçün işlər aparılır. Burada Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası işləyir. Qısa müddət ərzində ərazidə tikinti bərpa işlərinə başlanılacaq və dövlət tərəfindən əhaliyə dəymiş ziyan tamamilə ödəniləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR