Bank Of Baku

QAT Şəkidə Qarabağ Forumu keçirib

QAT Şəkidə Qarabağ Forumu keçirib
# 15 may 2010 14:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Şəkidə “Döyüşə hazır ol!” devizi altında növbəti Qarabağ Forumu keçirib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda QAT rəhbərliyi, QAT-ın Şəki, Zaqatala və Qax şöbələrinin, həmçinin yerli ictimai təşkilatların nümayəndələri, ziyalılar, bölgədə məskunlaşmış məcburi köçkün və qaçqınlar iştirak edib. Tədbirdə çıxış edən QAT sədri Akif Nağı və digərləri işğal altında olan torpaqların yalnız hərbi yolla işğaldan azad etməyin mümkünlüyünü vurğulayıblar. Forumda bir neçə müddəadan ibarət sənəd də qəbul olunub. Sənəddə qeyd olunub ki, Qarabağ məsələsində bütün ictimai-siyasi qüvvələr eyni mövqedən çıxış etməlidirlər.

Forumun sonunda tədbir iştirakçıları Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, buna qədər QAT-ın təşəbbüsü ilə Bakıda, Quba-Xaçmaz, Ağdam-Bərdə-Tərtər və İmişli bölgələrində forumlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR