Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar baş verən təbii fəlakətlə bağlı xüsusi qərargah yaradılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar baş verən təbii fəlakətlə bağlı xüsusi qərargah yaradılıb
# 15 may 2010 15:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün və bu məsələlərin həllinə yönəlmiş işlərin təşkili, istiqamətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) xüsusi qərargah yaradılıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin yerli qurumlarının 300-dən çox əməkdaşı təbii fəlakət zonasında Saatlı və İmişli rayonlarında və Sarısu gölü ətrafında bəndlərin bərpa edilməsi işinə səfərbər olunublar: “Eyni zamanda Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən bəndlərin bərkidilməsi üçün 100 maşından artıq kol materialı və şax tədarük edilərək təbii fəlakət zonasına daşınıb və hal-hazırda da kol və şaxların daşınması davam edir. Nazirliyin daxili imkanları hesabına fəlakət zonasına müvafiq texnika, yanacaq, geyim əşyaları, ərzaq məhsulları göndərilib. Eyni zamanda meteorologiya və monitorinq xidmətləri gücləndirilmiş iş rejiminə keçərək fəlakət zonasında hava şəraiti barədə məlumatları mütəmadi olaraq aidiyyəti qurumlara çatdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəlmiş tədbirləri digər dövlət qurumları ilə əlaqəli şəkildə yerinə yetirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR