Bank Of Baku

Bakida 16-сi Beynəlxalq Qida Sənayesi sərgisi keçiriləcək

Bakida 16-сi Beynəlxalq Qida Sənayesi sərgisi keçiriləcək
# 16 may 2010 03:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı olan “İteca Caspian” MMC şirkətindən verilən məlumata görə, mayın 19-dan 21-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “WorldFood 2010” 16-cı Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi keçiriləcək.
АПА-nın AzərTAc agentliyinə istinadən verdiyi xəbərə görə, sərgi sənaye mütəxəssisləri üçün peşəkar platforma rolunu oynayır. Burada ziyarətçilər yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, qida məhsulları bazarının yenilikləri və inkişaf tendensiyaları barədə ətraflı məlumat əldə edə biləcəklər.
Builki sərgidə Azərbaycan, Bolqarıstan, Macarıstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətlərinin iştirakı gözlənilir.
Sərgi bir neçə tematik ekspozisiyalara bölünərək qida sənayesinin demək olar ki, bütün istiqamətlərini əhatə edəcəkdir. “WorldFood Drink” bölməsində geniş çeşiddə içkilər, “SeaFood” bölməsində dəniz məhsulları, onların saxlanılması və daşınması ilə bağlı bütün növ xidmətlər təqdim olunacaqdır. “FoodPack” bölməsinin stendlərində geniş çeşiddə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlığıı ilə tanışlıq mümkün olacaqdır. “WorldFoodTech” bölməsində isə qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıq nümayiş etdiriləcəkdir. Bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş avadanlığa, o cümlədən mini-zavodlar üçün avadanlığa həsr edilmiş ekspozisiyaların sayı çox olacaqdır. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, pəhriz qidaları və digər ənənəvi bölmələr təqdim olunacaqdır.
Bu il Qafqaz regionunda ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin halal ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək “HalalFood Azerbaijan” sərgisi də keçiriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR