Bank Of Baku

Koba Kobiaşvili: “Rustavidə Gürcüstan-Azərbaycan Universiteti yaratmaq olar”

Koba Kobiaşvili: “Rustavidə Gürcüstan-Azərbaycan Universiteti yaratmaq olar”
# 17 may 2010 07:06 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. “Rustavidə Gürcüstan-Azərbaycan Universiteti yaratmaq olar”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Marneilidə keçirilən Gürcüstanlı Azərbaycanlı Gənclərin I qurultayında Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili bildirib. O, bu məsələnin həllində Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevaya müraciət edərək kömək istəyib: “Bu mənim təklifimdir. Rustavi şəhərində Gürcüstan-Azərbaycan Universiteti tikmək üçün Gürcüstan dövləti Rustavinin mərkəzində yer də ayıra bilər. Burada yüksək səviyyəli universitet tikmək olar. Burada nəinki bizim uşaqlar, eyni zamanda Tovuzdan, Qazaxdan gələn gənclər də təhsil ala bilər. Mən bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla danışıqlarım olub. Lakin Bakıya gedə bilmirəm. Buna görə də sizdən kömək istəyirəm. Əgər 2-3 ildən sonra bu universitet fəaliyyət göstərərsə, arzu edirəm ki, ilk tələbə mənim qızım olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR