Bank Of Baku

İlin sonunadək daha 400 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq

İlin sonunadək daha 400 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq
# 17 may 2010 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində (TN) “Mədəd” təşkilatının İKT-nin təhsil sahəsi üzrə tətbiqinə dair təqdimatı keçirilib. TN-dən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” çərçivəsində son üç il ərzində dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 80,6 faizi texniki avadanlıqların alınmasına, 15 faizi elektron tədris vəsaitlərinin hazırlanmasına, 4 faizi təlimlərin keçirilməsinə, 0,4 faizi isə proqramın idarə edilməsinə sərf olunub. M. Mərdanovun sözlərinə görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron məktəb” layihəsinə qoşulub, 2005-ci ildə “Elektron məktəb”lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək moderinizasiya edilib və rayon təhsil şöbələrinə çatdırılıb, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanıb. Bakı və Sumqayıt şəhərlərindən “1 şagird 1 kompüter” pilot layihəsi çərçivəsində seçilən məktəblərə nazirlik tərəfindən 236, İntel korporasiyası tərəfindən 100 ədəd netbuk hədiyyə edilib, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Bu işlərin həyata keçirilməsi üçün 2008-ci ildə dövlət büdcəsindən 8 milyon 353 min, 2009-cu ildə 14 milyon 980 min manat vəsait xərclənib.
Nazir deyib ki, ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin işçilərinin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinin məktəblərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulur. “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 noutbukun verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR