Bank Of Baku

Əhməd Əhmədzadə: “Kürdə suyun səviyyəsi ilə bağlı vəziyyət kritik həddə çatıb”

Əhməd Əhmədzadə: “Kürdə suyun səviyyəsi ilə bağlı vəziyyət kritik həddə çatıb”
# 17 may 2010 08:36 (UTC +04:00)
Ə. Əhmədzadənin sözlərinə görə, Sabirabad rayonunun Surra kəndi ərazisində Kür saniyədə 926 kubmetr su ötürür: “Amma ümumilikdə çayın su ötürmə sürəti 2370 kubmetrdir. Bu, 2003-cü ilin göstəricilərindən təxminin 500 kubmetr çoxdur, son 50 ildə isə ən böyük göstəricidir. Son 15 gündə çayda suyun səviyyəsi yüksələn xətlə artır. Yaxın günlərdə suyun səviyyəsinin saniyədə 100 kubmetr artacağı gözlənilir. Bu da dağlarda qarın əriməsi, yağışların yağması ilə bağlı ola bilər”.

Ə. Əhmədzadə onu da deyib ki, su anbarlarında səviyyə kritik həddə çatmaq üzrədir. Onun sözlərinə görə, Saatlı və İmişli rayonlarında Sarısu gölü ətrafında sızmalar var: “Bununla bağlı tədbirlər görülür, əraziyə texnika cəlb olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR