Bank Of Baku

ETSN: Son bir sutka ərzində Kür və Araz çaylarında suyun səviyyəsi artıb

ETSN: Son bir sutka ərzində Kür və Araz çaylarında suyun səviyyəsi artıb
# 17 may 2010 10:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kürün Zərdab məntəqəsində səviyyəsi 10 sm, Surrada 11 sm, Şirvanda 15 sm, Salyanda 15 sm, Bankədə 6 sm, Araz çayında isə 8 sm artıb. A. Verdiyev deyib ki, suyun səviyyəsinin qalxmasına mayın 15-16-da yağan yağışlar da təsir edib.

Araz Su Anbarında isə suyun səviyyəsi dəyişilməz qalıb. A. Verdiyevin sözlərinə görə, hazırda anbarda suyun səviyyəsi 777,77 m təşkil edir.

Mingəçevir Su Anbarında isə səviyyə 5 sm artaraq 82,68 m təşkil edib.

Qeyd edək ki, anbarda maksimal hədd 83 m olduğundan bu həddə çatmağa cəmi 32 sm qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR