Bank Of Baku

Səhiyyə Nazirliyi bir neçə özəl klinikanın fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi bir neçə özəl klinikanın fəaliyyətini dayandırıb
# 17 may 2010 12:07 (UTC +04:00)
SN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilib. Belə ki, tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab vermələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanıb.

Mütəxəssislərinin verdiyi açıqlamaya görə, tibb müəssisələrində istifadə müddəti bitmiş reaktivlərlə aparılan analizlərin cavablarının dəqiqliyi şübhə doğurur. Bu da öz növbəsində xəstəlik diaqnozunun düzgün qoyulmasına və aparılan müalicənin səmərəsiz olmasına, hətta ağır fəsadlara gətirib çıxarmasına səbəb olUr. Həmçinin bu analizlərin aparıldığı avadanlıqların və cihazların vaxtlı-vaxtında kalibrlənməsi barədə müvafiq sənədlərin olmaması da həmin müəssisələrin fəaliyyətlərinin ciddi nöqsanlarla aparılmasından xəbər verir.

Həmin klinikaların qeyri-qanuni fəaliyyətləri dayandırılıb, aşkarlanmış reaktivlər müsadirə edilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

Səhiyyə Nazirliyi fəaliyyətləri dayandırılan klinikaların adlarını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR