Bank Of Baku

Azərbaycan peşə təhsili sahəsində Şotlandiya təcrübəsini öyrənəcək

Azərbaycan peşə təhsili sahəsində Şotlandiya təcrübəsini öyrənəcək
# 17 may 2010 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan təhsil nazirinin müavini İsgəndər İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şotlandiyaya təcrübə səfəri təşkil edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 23-dək davam edəcək səfər Avropa Birliyi və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi, Britaniya Şurasının texniki dəstəyi ilə icra olunan “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində reallaşıb. Səfərin məqsədi səriştəyə əsaslanan peşə təhsili və təlimi sisteminin formalaşdırılması və fəaliyyəti sahəsində Şotlandiyanın təcrübəsini öyrənməkdir. Səfər zamanı Şotlandiya İxtisas İdarəsi, Şotlandiya parlamenti və bu ölkənin peşə təhsili kolleclərində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR