Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Azərbaycanda səfərdədir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Azərbaycanda səfərdədir
# 17 may 2010 15:33 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Görüşdə AMEA ilə AEBA arasında elmi xarakterli işlərin gələcək perspektivləri müzakirə olunub, A. M. Çetto “AMEA-nın fəxri doktoru” diplomu ilə təltif edilib.

A. Qəribovun sözlərinə görə, görüşdə hazırda AMEA ilə AEBA arasında həyata keçirilən iki layihə ilə bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub: “Sterilizasiya qurğusu ilə bağlı işlər yaxın iki ildə də davam edəcək. Tədqiqat nüvə reaktoru ilə bağlı isə hazırda ancaq kadr hazırlığı üzərində işləyirik. Əgər Azərbaycan hökumətinin bu sahədə sərəncamı olsa, tədqiqat nüvə reaktorunun tikilməsindən söhbət gedə bilər”.

İnstitut direktoru A. M. Çettonun fövqəladə hallar, ekologiya və təbii sərvətlər, səhiyyə nazirliklərində də görüşlər keçirəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR