Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 335,2 min nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 335,2 min nəfərə çatıb
# 18 may 2010 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il may ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 335,2 min nəfər olub ki, onlardan 4 075,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il aprel ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələrinə fərdi icazələrin verilməsi ilə əlaqədar əcnəbilərin sayı 6 386 nəfər təşkil edib və onların 6 012 nəfəri kişi, 374 nəfər isə qadınlar olub. Əcnəbilərin 2 178 nəfəri mədənçıxarma sənayesində, 2 165 nəfəri tikintidə, 542 nəfəri emal sənayesində, 282 nəfəri təhsil sahəsində, 276 nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində, 186 nəfəri yaşayışın təşkili və ictimai iaşə sahəsində, 135 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 133 nəfəri maliyyə və sığorta fəaliyyəti sahəsində, 111 nəfəri informasiya və rabitə sahəsində, 72 nəfəri peşə, elmi və texniki fəaliyyəti sahəsində, 66 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 36 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində və 204 nəfəri digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olub.

Bununla yanaşı, 2010-cu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,5 min nəfər olub, onların 43,6%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR