Bank Of Baku

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev adına Sarayda konsert təşkil olunacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev adına Sarayda konsert təşkil olunacaq
# 18 may 2010 08:43 (UTC +04:00)
Bakı – APA. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev adına Sarayda “Göyərçinik biz” adlı böyük konsert proqramı təşkil olacaq. Heydər Əliyev adına Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə “Aysel” musiqili uşaq teatrı, “Can bala” estrada qrupu, “Noğullar qrupu”, folklor rəqs ansamblları çıxış edəcək, maraqlı, əyləncəli və rəngarəng sirk nömrələri nümayiş etdiriləcək. Konsertdə Uşaq Filarmoniyasının məzunları - əməkdar artist Aygün Bəylər, Ramil Qasımov və digər ifaçılar da iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev adına Saray və Dövlət Uşaq Filarmoniyasının birgə təşəbbüsü ilə keçirilən tədbirin təşkilatçısı Heydər Əliyev adına Saraydır.

Biletlərin qiyməti 5-10 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR