Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib
# 18 may 2010 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev bildirib ki, son illər Azərbaycan QHT-ləri bu sahədə xeyli irəliləyiş əldə ediblər. Eyni zamanda bu sahədə problemlərin də olduğunu deyən A. Quliyev bildirib ki, QHT-lərin siyasi qərar qəbul etmək hüquqları yoxdur: “Amma bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olar. Biz 2010-cu il üçün qrant layihəsi müsabiqəsində məcburi köçkünlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması məsələsini də istiqamət kimi göstərmişdik. Amma 500-ə qədər layihədən heç biri bu istiqamətə həsr edilməmişdi”. A. Quliyev bildirib ki, hazırda şura Qarabağ həqiqətlərinin təbliği ilə bağlı 46 layihəni maliyyələşdirir.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan QHT-ləri bu istiqamətdə bütün imkanlarını səfərbər etməlidir: «Ən azı QHT-lər bu məsuliyyəti dərk edərək kifayət qədər iş görə bilərlər».

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, QHT Şurası Qarabağla bağlı Proqram çərçivəsində maliyyələşdirmə həyata keçirməli və bu iş peşəkarlara həvalə olunmalıdır.

«Ayna» qəzetinin rəhbəri Elçin Şıxlı Qarabağla bağlı internet portalının yaradılmasını və bunun münaqişə və Qarabağ həqiqətləri ilə bağlı informasiya mənbəyi rolunu oynamasını təklif edib.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə bildirib ki, icmanın təsis olunduğu müddətdən bəri heç bir QHT əməkdaşlıqla bağlı onlara müraciət etməyib: “Bizimlə də məsləhətləşsinlər, proseslərə qoşulaq. Bu işləri hamımız bir yerdə iş görməli, yumruğu bir yerə vurmalıyıq”.

Tədbirdə iştirak edən digər QHT-lərin də rəhbərləri müxtəlif təkliflər irəli sürüblər.

A. Quliyev bildirib ki, toplantıda səslənən bütün təkliflər ümumiləşdiriləcək və Şuranın fəaliyyətində nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR