Bank Of Baku

Azərbaycanda “Elektron təhsil” respublika müsabiqəsi keçirilir

Azərbaycanda “Elektron təhsil” respublika müsabiqəsi keçirilir
# 18 may 2010 13:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” respublika müsabiqəsi keçirilir. Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 494 layihə təqdim olunub. Müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni TN tərəfindən müəyyən olunan münsiflər heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR