Bank Of Baku

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasına və polis bölmələrinə baxış keçirib

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasına və polis bölmələrinə baxış keçirib
# 18 may 2010 17:14 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aparatın əməkdaşları burada saxlanılan 26 şəxslə görüşərək söhbət aparıb, onlara hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Onlar əsasən barələrində çıxarılmış məhkəmə hökmündən, istintaqın qeyri-obyektiv aparılmasından, Cinayət Məcəlləsinin müvafiq maddəsinin onlara düzgün tövsif edilməməsindən və başqa hallardan şikayətləniblər. İki şəxs isə tutularkən zorakılığa məruz qaldığını bildirib. Bu məsələ ilə əlaqədar Ombudsman Baş prokurora müraciət edib.

Həmçinin Yasamal Rayon Polis İdarəsinin (RPİ) MST-nə, həmin idarənin 29, Qaradağ RPİ-nin 38 və Binəqədi RPİ-nin 4-cü polis bölmələrinə də baxış keçirilib, bu zaman pozuntu halları müəyyən edilməyib. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR