Bank Of Baku

Ombudsman Sabirabad və Şirvanda seldən ziyan çəkən sakinlərlə görüşüb

Ombudsman Sabirabad və Şirvanda seldən ziyan çəkən sakinlərlə görüşüb
# 18 may 2010 17:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Sabirabad rayonuna səfər edərək, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, mövcud problemin nəzarətdə saxlanılması məqsədilə yaradılmış Mərkəzi qərargahda olub, yaranmış problemi, insanların vəziyyətini və onların geri qaytarılması prosesini müvafiq dövlət qurumlarının rəhbərliyi ilə müzakirə edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanova həmçinin Sabirabad rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovla birgə Kür çayının daşması ilə əlaqədar subasmaya məruz qalmış ərazilərdən köçürülmüş, bu rayondakı Nərimanov adına məktəbdə məskunlaşmış Ulacalı, Mürsəlli, Şıxlar kənd sakinləri ilə görüşüb. Müvəkkilə həmin məktəbdə 70 ailədən 357 nəfərin məskunlaşdığı bildirilmişdir. Onlarla görüş zamanı ehtiyaclarının hərtərəfli ödənildiyi, yataq yerləri, qida məhsulları və tibbi xidmətlərlə təmin olunduqları bildirilib.

Müvəkkil sel təhlükəsi ilə əlaqədar olaraq kəndlərdən köçürülmüş və zəruri tədbirlər görüldükdən sonra evlərinə qaytarılmış sakinlərlə də görüşüb. O, Dadaşbəyli kəndinə gedərək, orada evlərinə qayıdan sakinlərin vəziyyəti ilə maraqlanıb. Görüş zamanı kənd sakinləri Zərifə Rəsulova, Akif Dadaşov, Əvəzlər İsmayılov və digərləri fəlakət zamanı əhalinin vaxtında evakuasiya olunduğunu, onlara daim diqqət və qayğı göstərildiyini, təhlükə aradan qaldırıldıqdan sonra mütəşəkkil qaydada evlərinə qaytarıldıqlarını söyləyiblər.

Elmira Süleymanova su basmış kəndlərdən çıxarılmış və Şirvan şəhərində çadır düşərgəsində məskunlaşmış sakinlərlə görüşərək, onların vəziyyəti ilə də maraqlanıb, çadırlarda olan ailələrə baş çəkib. Ombudsman həmçinin Fövqəladə Hallar Nazirliyi (FHN) və Səhiyyə Nazirliyinin tibbi xidmət çadırına baxmış, zəruri dərmanlarla təchiz olunduğunu müşahidə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR