Bank Of Baku

Dövlət Statistika Komitəsi: Bu ilin I rübündə Azərbaycanda 12,6 min daimi iş yeri açılıb

Dövlət Statistika Komitəsi: Bu ilin I rübündə Azərbaycanda 12,6 min daimi iş yeri açılıb
# 19 may 2010 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanda 17 017 yeni, o cümlədən 12 578 daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin aprelin 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 90 630, o cümlədən 67 093 daimi iş yeri yaradılıb.

Eyni zamanda, I rübdə yeni açılmış daimi iş yerlərinin 14,9%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 16,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 68,2%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 74,5%-i regionlarda, o cümlədən 18,9%-i Aran, 17,2%-i Gəncə-Qazax, 8,4%-i Quba-Xaçmaz, 6,9%-i Şəki-Zaqatala, 5,8%-i Lənkəran, 4,9%-i Abşeron, 4,8%-i Naxçıvan, 4,4%-i Dağlıq Şirvan, 2,7%-i Yuxarı Qarabağ, 0,5%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılıb.

Qeyd edək ki, yeni açılmış iş yerlərinin 92,2%-i özəl sektorun payına düşüb, mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 6,2%-i tikinti, 4,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,4%-i emal sənayesi, 3,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2%-i nəqliyyat və anbar təsərrüfatı, 1,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR