Bank Of Baku

Azərbaycanın bölgələrində lokal leysan xarakterli intensiv yağıntılar həftə sonuna kimi davam edəcək

Azərbaycanın bölgələrində lokal leysan xarakterli intensiv yağıntılar həftə sonuna kimi davam edəcək
# 19 may 2010 08:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakıda və Abşeron yarımadasında mayın 19-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam buludluluq artacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 26-29 dərəcə, axşam 18-20 dərəcə isti olacaq.

Mayın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Mayın 21-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Mayın 22-də hava buludlu olacaq. Mayın 21-dən 22-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, Kür vadisi rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Mayın 21 və 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 13-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR